AZ

Türkiyə kəşfiyyatı Suriyada PKK-nın daha bir “məsul” şəxsini öldürüb

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyanın Qamışlı bölgəsində keçirdiyi əməliyyatda PKK/PAJK-nın qondarma liderlərindən "Nesrin Amed" kod adlı Yayla Kızılkayanı zərərsizləşdirib.

Missiya.Az “TRT HABER”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Təhlükəsizlik mənbələri məlumat yayıb.

Bildirilir ki, Milli Kəşfiyyat Təşkilatı 14 yaşında terror təşkilatı PKK-nın kənd kadrlarına qoşulan Yayla Kızılkayanı Türkiyə, İraq və Suriyadakı silahlı fəaliyyətinə görə hədəf siyahısına daxil edib.

Suriyada PKK-nın qadın kadrlarının idarə olunması ilə məşğul olan Kızılkaya getdiyi bölgələrdə qadınlarla görüşlər keçirir və onları yoxlayırdı. Kızılkaya suriyalı qadınlara yönəlmiş ideoloji fəaliyyətlərin ümumi koordinasiyasından da məsul idi.

Kızılkaya xüsusilə Suriya xalqının təşkilatın ideologiyasını mənimsəməsi, təşvişə salması və təşkilat lehinə hərəkət etməsi üçün öyrədirdi.

Qeyd olunub ki, Kızılkaya uzun müddətdir MİT tərəfindən izlənilirdi. 

 

Daşqın HəsənovMissiya.Az

Seçilən
7
missiya.az

1Mənbələr