Rusiyanın Kamçatka vilayətində “An-2” təyyarəsi radarlardan itib.
KONKRET.az RİA Novostiyə istinadən xəbər verir ki, təyyarədə 3 nəfər olub. Məlumatda daha sonra deyilir: “RA-33555 qeydiyyat nömrəli təyyarə Milkovo-Ossora marşrutu ilə uçuş həyata keçirib. Federal Hava Nəqliyyatı Agentliyinin (Rosaviatsia) iki axtarış-xilasediciləri – Kamçatka Aviasiya Müəssisəsinin Mi-8T helikopteri itkin düşən An-2-nin axtarışı üçün havaya qalxıb”.
Vəli Həsənoğlu,
KONKRET.az