AZ

Rövzət Qasımov: Bələdiyyə seçkiləri ilə əlaqədar 350-yə yaxın şəxsin namizədliyi qeyd alınıb

Bakı, 19 dekabr, AZƏRTAC

Bələdiyyə seçkiləri ilə əlaqədar 6872 nəfərin namizədliyi irəli sürülüb.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Rövzət Qasımov söyləyib.

O bildirib ki, namizədliyi irəli sürülən təqribən 3800 nəfər imza vərəqəsi alıb və artıq onlardan 1053-u imza vərəqələrini dairə seçki komissiyalarına geri qaytarıb. 350-yə yaxın nəfərin isə namizədliyi qeyd alınıb.

Rövzət Qasımov əlavə edib ki, bələdiyyə seçkiləri ilə bağlı müraciət edən iddiaçılardan təqribən 3500-ə yaxını 21-35 yaş aralığındadır. Onlar passiv seçki hüququna malik vətəndaşlarımızı əhatə edir. Bu da o deməkdir ki, gənclərin seçkiyə marağı kifayət qədər yüksəkdir.

Seçilən
11
5
azertag.az

6Mənbələr