AZ

Mahirlə Kloze arasında narazılıq - “Ona kin saxlamıram”

Almaniyanın “Nürnberq” klubunda çıxış edən Azərbaycan yığmasının üzvü Mahir Emreli ilə baş məşqçi Miroslav Kloze arasında narazılıq olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə yerli “nn.de” nəşri məlumat yayıb. 

Bildirilib ki, narazılığa səbəb M.Emrelinin son turda “Köln”ə 1:3 hesabı ilə uduzduqları oyunda erkən əvəzlənməsi olub. Millimizin forvardı matçın 46-cı dəqiqəsində meydandan çıxarılıb və o, buna etiraz edib. 

M.Emreli hətta öz instaqram hesabında bu barədə paylaşım edib. Daha sonra o, paylaşımı silib. 

M.Kloze də Mahirin bu cür davranmasından narahat olub. Qarşılaşmadan sonra isə onlar arasında danışıq olub. Yığmamızın hücumçusu baş məşqçinin passiv oyun keçirdiyi ilə bağlı fikirləri ilə razılaşmayıb. Amma onlar aralarındakı problemi həll edə biliblər. 

Kloze məsələ ilə bağlı bunları deyib: “Mən heç kəsə kin saxlamıram. Onunla danışdıq və hər şeyi başa düşdü. Futbolçuların istəklərini və ya narazılıqlarını dilə gətirməsi mənim üçün vacibdir. Futbolçular da məni başa düşməlidir”. 

Nəticədə Emreli komandanın məşqlərinə qayıdıb. Məşq zamanı isə komanda yoldaşı Berkay Yılmaz onun ayağına zərbə endirib. Emreli ciddi ağrı hiss etsə də, tezliklə məşqini bərpa edə bilib. 

Seçilən
3
4
qafqazinfo.az

5Mənbələr