“Neftçi”dən ayrılan Roman Qriqorçuk Ukraynada çalışacaq.
İdmanxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəssis LNZ-lə anlaşıb. 59 yaşlı çalışdırıcı yeni klubundakı işinə gələn ilin yanvar ayında başlayacaq.
Qriqorçuk mövsümün əvvəlində “Neftçi”nin baş məşqçisi təyin olunub. O, uğursuz nəticələrə görə istefaya göndərilib.