AZ

AMB “Bank sektoru üzrə makroprudensial siyasət çərçivəsi” sənədini təsdiqləyib

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) maliyyə bazarlarınınfəaliyyətinin sabitliyinin və dayanıqlılığının təmin edilməsiməqsədilə bank sektorunun tənzimləmə və nəzarətini, o cümlədənmakroprudensial siyasəti həyata keçirir.

Tənzimləyici qurumdan Trend-ə verilən məlumata görə, makroprudensial siyasətçərçivəsinin təkmilləşdirilməsi və onun kommunikasiyasınıngenişləndirilməsi məqsədilə Mərkəzi Bank tərəfindən beynəlxalqtəcrübə nəzərə alınmaqla “Bank sektoru üzrə makroprudensial siyasətçərçivəsi” sənədi hazırlanıb.

Məlumata görə, sənəddə makroprudensial siyasətin son və aralıqməqsədləri, tətbiq istiqamətləri və prosesi, institusional dizaynı,kommunikasiyası eləcə də digər siyasətlərlə qarşılıqlı əlaqəsi əksolunur.

Makroprudensial siyasətin əsas məqsədi sistem risklərininakkumulyasiyasını aradan qaldırmaqla maliyyə sabitliyini qorumaq vəonun dayanıqlılığını gücləndirməkdir. Maliyyə sektorunundayanıqlılığı və sabitliyi uzunmüddətli dayanıqlı iqtisadi artımınəsas şərtlərindən hesab olunur. Qeyd olunan əsas məqsədə nail olmaqüçün çərçivə sənədində beş aralıq məqsəd müəyyən olunub.

Beynəlxalq təcrübədə makroprudensial siyasətin yeni çağırışlarvə risklər fonunda təkmilləşdirilməsi davam edən bir prosesdir. Busəbəbdən də çərçivə sənədində Mərkəzi Bank tərəfindən hazırdaistifadə olunan alətlərlə yanaşı, gələcəkdə tətbiq oluna biləcəkmakroprudensial alətlərə dair məlumatlar da təqdim edilir.

Mərkəzi Bankın “Bank sektoru üzrə makroprudensial siyasətçərçivəsi” sənədi 2024-cü ilin dekabr ayında Pul siyasəti vəmaliyyə sabitliyi Komitəsində müzakirə olunaraq 12 saylı protokolqərarı ilə geniş ictimaiyyətə açıqlanması üçün təsdiq edilib.

Sənədi nəzərdən keçirmək üçün aşağıdakı linkə daxil olabilərsiniz:

Bank sektoru üzrə makroprudensial siyasətçərçivəsi

Seçilən
7
12
az.trend.az

10Mənbələr