AZ

Narkotik vasitələrin təxminən 95%-dən çoxu qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirilib - HESABAT

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Xarici ölkə mənşəli narkotik vasitələrin təxminən 95%-dən çoxu qaçaqmalçılıq və digər qanunsuz yollarla Azərbaycana gətirilib.
Oxu.Az xəbər verir ki, bu barədə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 2024-cü ilin yanvar-noyabr aylarının yekununa dair məlumatda qeyd olunub.
Məlumata görə, müsadirə edilmiş müxtəlif növ narkotik vasitələrin 5 ton 313 kq 809.136 qr (82.9%) marixuana təşkil edib. Onun da 4 ton 638 kq 315.436 qr (87.2%) tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş xarici ölkə mənşəli olub.
675 kq 493.7 qr (12.7%) isə iqlim şəraitinə uyğun olaraq ölkə ərazisində, istixanalarda, zirzəmilərdə, meşə ovalıqlarında və çay yataqlarında qanunsuz kultivasiya edilib.
Cari ilin ötən dövründə 1 439.6 hektar sahədən 2 milyon 864 min 953 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilib.
Seçilən
10
7
oxu.az

9Mənbələr