Türkiyə Kubokunda 5-ci mərhələnin oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçular Renat Dadaşovla Həsən Nəzərovun formasını geyindiyi “Ankaragücü” bu mərhələ çərçivəsində “Menemenspor”un qonağı olub.
Qonaq qismində 3:2 hesablı qələbə qazanan Ankara təmsilçisi qrup mərhələsinə vəsiqə qazanıb.
Həsən sonadək ehtiyatda qalıbsa, Renat 90+4-cü dəqiqədə meydana çıxıb.