"Çelsi" futbolçusu Coş Açimponqla yeni müqavilə imzalayıb.
QOL.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
Tərəflər arasında yeni sözləşmə 2029-cu ilin yayınadək nəzərdə tutulub.
"Çelsi"nin yetirməsi olan 18 yaşlı müdafiəçi əsas komandada ötən həftə debüt edib. O, Konfrans Liqasında "Astana" ilə oyunda meydana çıxıb.
Qeyd edək ki, Coş İngiltərənin U-20 millisinin də üzvüdür.