AZ

Yeni əməkdaşlıq formatı: “İslam səkkizliyi” – ÖZƏL

1997-ci ildə təsis edilmiş D-8 - yəni "İslam səkkizliyi" - Banqladeş, Misir, İndoneziya, İran, Malayziya, Nigeriya, Pakistan və Türkiyəni əhatə edir. Təşkilatın əsas məqsədi iqtisadi əməkdaşlıq, üzv dövlətlər arasında əlaqələrin gücləndirilməsi və qərb bazarlarından asılılığın azaldılmasıdır. Qahirədə keçirilən V-8 və ya İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 11-ci sammiti ərəfəsində Azərbaycan beynəlxalq diqqət mərkəzinə çevrilib. Türkiyənin xarici işlər naziri Hakan Fidan D-8 ölkələrinin xarici işlər nazirləri şurasının 21-ci iclasında çıxış edərək Azərbaycanın namizədliyini tam dəstəklədiklərini bildirib. "Biz Azərbaycanın üzvlüyünü tam dəstəkləyirik və Şuranın  sammitdə bu ratifikasiyanı tövsiyə edəcəyinə inanırıq," - deyə o qeyd edib.

Məsələ ilə bağlı Olaylar.az-a açıqlama verən siyasi ekspert Əziz Əlibəyli qeyd edib ki, "İslam səkkizliyi" təzə bazarlar və təzə iqtisadi imkanlar vəd edir:

"Bu dövrün beynəlxalq prosesləri kontekstində baxanda deyə bilərik ki, yeni bir əməkdaşlıq formatıdır. Dünyada tək qalmamaq üçün bu cür əməkdaşlıq platformalarına ehtiyac var ki, beynəlxalq səviyyədə fəaliyyətlərimizi bərabər şəkildə koordinasiya edək, maraqlarımızı bərabər qoruyaq. Bu qlobal çağırışlar dövlətləri məcbur edir ki, təhlükəsizlik təhdidlərinə, iqlim dəyişikliyinə qarşı, iqtisadi qeyri-sabitliyə qarşı həmrəlik nümayiş etdirsinlər. Bu dövlətlərin də böyük olması, aralarında ayrı-ayrılıqda 50 milyard dollardan artıq ticarət dövriyyəsinin olması da meqa bazara imkan verir. Bu ölkələrdə ümumi olaraq 1 milyarddan artıq adam - dünya əhalisinin 15%-i yaşayır. ÜDM-i 4 trilyon dollardan çoxdur. İran, İndoneziya, Malayziya hərəsi öz sahəsində dünyalı yeridir. Azərbaycan da o bölgəyə güclü logistika, ötürücülük və birləşdirmə mexanizmi verə bilir. Azərbaycanın qlobal və regional oyunçu kimi gücünü artırır".

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
5
olaylar.az

1Mənbələr