AZ

ASELSAN və TUSAŞ arasında 329 milyon dollarlıq müqavilə imzalanıb

Bakı,TurkicWorld

ASELSAN ilə TUSAŞ arasında Rabitə, Radar, Elektro-Optika, Elektron Müharibə, Naviqasiya və Rəhbərlik sistemlərinin inkişafı və təchizatı üçün müxtəlif müqavilələr imzalanıb.

TurkicWorld xəbər verir ki, bu barədə ASELSAN İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) açıqlama verib.

ASELSAN-dan bildirilib ki, imzalanan müqavilələr çərçivəsində tədarüklər 2024-2028-ci illər arasında həyata keçiriləcək.

Bu razılaşmanın hər iki şirkətin müdafiə sənayesində əməkdaşlığını gücləndirəcəyi və Türkiyənin hava platformalarında daha qabaqcıl texnologiyalara sahib olmasına töhfə verəcəyi vurğulanıb.

Qeyd edək ki, ASELSAN, Türkiyə Silahlı Qüvvələrinin hərbi ehtiyaclarını qarşılamaq üçün 1975-ci ildə Türkiyə Silahlı Qüvvələri tərəfindən qurulan Ankara mərkəzli müdafiə sənayesi şirkətidir.

TUSAŞ Türkiyədə hava platformalarının dizaynı, inkişafı, istehsalı, tamamlanması, yenilənməsi və satış sonrası xidmətlər sahələrində texnologiya mərkəzidir. Şirkət dünyanın ən böyük sərnişin təyyarəsi Airbus A380 və hərbi nəqliyyat təyyarəsi Airbus A400M üçün hissələri istehsal edir.

Seçilən
21
turkic.world

1Mənbələr