İran Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən (NPT) çıxmalıdır.
Teleqraf.com xəbər verir ki, bu sözləri İranın ali dini lideri Əli Xameneyinin müttəfiqi kimi tanınan, mühafizəkar “Keyhan” qəzetinin baş redaktoru Hüseyn Şəriətmədari deyib.
O, İranın sözügedən müqavilədə iştirakının mənasız olduğunu diqqətə çatdırıb.
"Bu müqavilədə iştirak Tehrana Qərbin əsassız ittihamları və daha sərt anti-İran sanksiyalarından başqa heç nə qazandırmayıb. Hər şey açıq şəkildə göstərir ki, Qərb ölkələrinin iddialarının əksinə olaraq, 20 ildən artıqdır davam edən “nüvə müharibəsi”nin İranın nüvə silahı əldə etməsi ilə bağlı heç bir əlaqəsi yoxdur. Həmin dövlətlər sadəcə olaraq, İranı mübarizəyə cəlb etmək istəyirlər. Məqsədləri ölkəmizin elmi potensialının inkişafı ilə əlaqəli hər cür imkanı əlimizdən almaqdır",- deyə Şəriətmədari qeyd edib.
Onun sözlərinə görə, düşmənin bu cür taktikalarına qarşı durmağın yeganə yolu isə NPT-dən çıxmaqdır.