FİBA gənclərdən ibarət milli komandaların reytinq siyahısını açıqlayıb.
İdman.biz xəbər verir ki, Azərbaycanın oğlanlardan və qızlardan ibarət yığmalarının da mövqeləri bəlli olub.
Oğlanlardan ibarət millimiz 108 komandanın yer aldığı siyahıda 91-cidir. 118,8 xala malik yığmamız ötən cədvəllə müqayisədə 7 pillə geriləyib. Komandamız Avropada 40-cıdır.
Qızlardan ibarət millimiz 104 komandanın yer aldığı siyahıda 80-cidir. 135 xala malik yığmamız ötən cədvəllə müqayisədə 1 pillə irəliləyib. Komandamız Avropada 35-cidir.
Qeyd edək ki, siyahılara ABŞ-ın oğlanlardan (824,4) və qızlardan (824,9) ibarət komandaları başçılıq edirlər.
İdman.biz