1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Bələdiyyə seçkisi ilə əlaqədar bu günə qədər 1 053 nəfər imza vərəqələrini Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edib.
Oxu.Az xəbər verir ki, bunu MSK sədrinin müavini Rövzət Qasımov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, ümumilikdə 6 872 nəfərin namizədliyi irəli sürülüb:
"Bunlardan təxminən 3 800-ə qədəri imza vərəqələrini götürüb. Namizədliyi təsdiq edilmiş 1 053 nəfər imza vərəqələrini dairə seçki komissiyalarına qaytarıb. Bu istiqamətdə işlər davam etdirilir. Müraciət edən iddiaçılardan təxminən 3 500-ə yaxını, yəni 50 faizdən yuxarısı 21-35 yaşlı şəxslərdir.
Bu da o deməkdir ki, gənclərin bu seçkiyə marağı kifayət qədər yüksəkdir. Bu ana qədər 350-yə yaxın namizəd qeydə alınıb. Ümid edirik ki, günün sonuna kimi bu rəqəm artar".
Məhərrəm Əliyev