AZ

PSJ-nin qapıçısının üzü oyun zamanı parçalandı - Dəhşətli GÖRÜNTÜLƏR

PSJ-nin qapıçısının üzü oyun zamanı parçalandı - Dəhşətli GÖRÜNTÜLƏR

Məşhur italiyalı qapıçı Canluici Donnarumma Liqa 1-in 2024/25 mövsümünün 16-cı turunun "Monako" - PSJ oyununda zədələnib. Oyun dekabrın 18-də II Lui stadionunda keçirilib və qonaqların 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Qlobal.net Lent.az-a istinadla xəbər verir ki, oyunun 22-ci dəqiqəsində “Monako”nun müdafiəçisi Vilfrid Sinqo qapıçının üstündən tullanmaq istəyərkən Donnarumma zədələnib. Lakin Şinqo pis yerə düşüb və çəkmələrinin altı qapıçının üzünü yaralayıb.

Donnarumma paltardəyişmə otağında sağ yanağına on tikiş atıb. İnternetdə qapıçının zədəsinin fotosu yayılıb.

Bundan əlavə, mətbuatda yayılan xəbərlərə görə, Donnarumma baş hakim Fransua Leteksierin Sinqoya qırmızı vərəqə göstərməməsi qərarından narazı qalıb. "Monako"nun müdafiəçisi yalnız sarı vərəqə alıb. Qapıçı fasilə zamanı hakimlə görüşəcəyini gözləsə də, söhbət baş tutmayıb - hakim sadəcə olaraq onun yanından keçib.

PSJ isə açıqlamasında qapıçının üzündə 10 kəsik olduğunu və sabah müayinədən keçərək bir neçə gün istirahət etməli olacağını bildirib.

 

Seçilən
0
2
qlobal.net

3Mənbələr