AZ

Atasının Cazziza, II Elizabetin "Cazın şahzadəsi" adlandırdığı ƏZİZƏ

Bu gün caz-muğam musiqi növünün yaradıcısı Vqif Mustafazadə yolunu davam etdirən, dünyaca məşhur pianoçu, bəstəkar və caz ifaçısı Əzizə Mustafazadənin doğum günüdür.

Əzizə Mustafazadə 19 dekabr 1969-cu ildə Bakı şəhərində dünyaya gəlib. Caz və muğam musiqilərini birləşdirərək yeni kompozisiya yaradan Vaqif Mustafazadə və onun ikinci həyat yoldaşı, əslən gürcü olan müğənni Eliza Mustafazadənin ailəsində dünyaya gəlib. Hələ uşaq yaşlarından musiqi duyumu ilə diqqət çəkən Əzizə ilk dəfə səhnəyə 3 yaşı olarkən atası ilə birlikdə çıxıb. Əzizəinin 10 yaşının tamam olmasına 3 gün qalanda, 39 yaşlı atası Daşkənddə ürəktutmasından vəfat edib (16 dekabr 1979-cu ildə).

“Atamın ölümünüdən sonra kədərdən başqa heç nə görməmişəm” deyən, atasına bağlılığı səbəbindən böhran yaşayan Əzizəni bu itkinin sarsıntısından xilas etmək üçün Eliza Mustafazadə öz karyerasına buraxıb və qızının musiqi təhsili üçün əlindən gələni etməyə çalışıb.

Əzizə hələ 17 yaşında Vaşinqton şəhərində Teloyenus Monk adına piano müsabiqəsində birincilik əldə edib. Elə həmin ildən anası ilə birlikdə Almaniyaya köçüb. 38 ildir Almaniyada yaşayan Əzizə caz-muğam ifaçısı kimi dünyada məşhurluq qazanıb. Hətta 2002-ci ildə caz musiqi sənətinin yaşayan əfsanəsi Bobbi Makferrinlə eyni səhnəni bölüşüb.

Onun ilk albomu 1991-ci ildə "Aziza Mustafa Zadeh" adı ilə çıxıb. "Always" adlı ikinci albomu ona yüksək alman musiqi mükafatı sayılan "Səs -Akademiyası Mükafat"ını və "Soninin Exo Mükafatı"nı qazandırıb. 2

Əzizə Mustafazadənin albomunun birinin adı isə “Jazziza” olub. Bunun səbəbi Vaqif Mustafazadənin öz qızına bu cür xitab etməsi olub. 1997-ci ildə İngiltərə kraliçası II Elizabet Əzizənin ifalarını dinlədikdən sonra onu “Cazın şahzadəsi” adlandırıb. Elə həmin vaxtdan bu ifadə onun əsas ləqəbinə çevrilib.

2018-ci ildə 49 yaşında Azərbaycanın Xalq artisti adına layiq görülüb.

Uzun müddətdən sonra 2007-ci ildə Caz festivalı üçün Azərbaycana gələn Əzizə Mustafazadə Prezident ilə də görüşüb. Növbəti dəfə 2010-cu ildə Vaqif Mustafazadənin 70 illiyinə həsr olunan konsertdə iştirak üçün Bakıya gəlib. 30 oktyabr 2022-ci ildə Bakı Konqres Mərkəzində konsert verən Əzizə Mustafazadə 55 illik yubleyinə həsr olunan konsertlə də sevənləri ilə görüşəcək.

Əzizə Mustafazadə iki dəfə evli olub. Onun birinci həyat yoldaşı ingilis olub. Ailə qurandan sonra Əzizə həyat yoldaşı ilə birgə bir müddət Londonda yaşayıb. Lakin bu evlilik uzun çəkməyib. Əzizə 2010-cu ildə Bakıya gələndə burada milliyətcə ləzgi bir oğlanı sevib və onunla ailə həyatı qurub. Əzizənin bu evlilikdən bir oğlu var. Oğlu Ramiz-Xan da caz-muğam ifaçısıdır və kiçik yaşlarından Azərbaycanı beynəlxalq tirubunalarda təmsil edir.

Seçilən
12
modern.az

1Mənbələr