“Azərbaycan Dəmir Yolları” QSC (ADY) dekabrın 28-29-u tarixlərinə Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edib.
Publika.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Bu, bayram günlərində sərnişin tələbatını təmin etmək məqsədilə həyata keçirilir.
ADY bildirir ki, bayram günlərində - dekabrın 30-dan yanvarın 5-dək, Bakı-Ağstafa-Bakı marşrutu üzrə qatarlar hər gün hər iki istiqamətdə hərəkətdə olacaq.