AZ

Bazar iştirakçılarına dair meyarlar təsdiqləndi - Qərar

Bakı. Trend:

Bazar iştirakçılarına dair meyarlar və onlar tərəfindən təminedilən mallarla bağlı dövlət ehtiyatları üzrə məsul orqana məlumattəqdim edilməsi qaydası təsdiq edilib.

Trend xəbər verir ki, bununlabağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, qayda ölkənin istehlak bazarında stratejiəhəmiyyətli malların idxalını, istehsalını və ya satışını həyatakeçirən, ölkənin strateji əhəmiyyətli mallarla təchizatınındayanıqlığının təmin edilməsində iştirak edən bazar iştirakçılarınadair meyarları müəyyən edir. Habelə onlar tərəfindən təmin edilənmallarla bağlı dövlət ehtiyatları üzrə məsul orqana - DövlətEhtiyatları Agentliyinə məlumat təqdim edilməsi üzrə təşkilati vəhüquqi məsələləri tənzimləyir.

Bu Qaydanın tələbləri strateji əhəmiyyətli malların idxalını,istehsalını və ya satışını həyata keçirən, bu Qayda ilə müəyyənedilmiş meyarlara cavab verən hüquqi və fiziki şəxslərə, habelədövlət qurumlarına şamil edilir.

Hüquqi və fiziki şəxslər, habelə dövlət qurumları il ərzindəstrateji əhəmiyyətli mal üzrə bazar payı 2 (iki) faizə bərabər vəya ondan çox olduqda bazar iştirakçısı hesab edilirlər. Ötən ildəstrateji əhəmiyyətli mal üzrə bazar payı 2 (iki) faizə bərabər vəya ondan çox olan hüquqi və fiziki şəxslərin, habelə dövlətqurumlarının siyahısı cari ilin may ayının 15-dək Agentliktərəfindən əldə edilir. Bazar iştirakçılarına onların hansıstrateji əhəmiyyətli mal üzrə bazar iştirakçısı olması və həmin malüzrə təmin etməli olduğu minimal həcm barədə Agentlik tərəfindənhər il iyun ayının 1-dək yazılı bildiriş göndərilir.

Hər bir strateji əhəmiyyətli mal üzrə bazar iştirakçısıtərəfindən təmin edilən minimal həcm aşağıdakı kimi hesablanır:

- bazar iştirakçısı kimi müəyyən edilən hüquqi və fizikişəxslərin, habelə dövlət qurumlarının müvafiq strateji əhəmiyyətlimal üzrə bazar paylarının cəmi müəyyən edilir;

- bazar iştirakçılarının müvafiq strateji əhəmiyyətli mal üzrəbazar paylarının cəmi həmin mal üzrə bazarın ümumi həcminəvurularaq bazar iştirakçıları tərəfindən təqdim edilmiş stratejiəhəmiyyətli malın ümumi həcmi müəyyən edilir;

- bazar iştirakçıları tərəfindən təqdim edilmiş stratejiəhəmiyyətli malın ümumi həcmində bazar iştirakçısının payıaşağıdakı düsturla müəyyən edilir:

BİP - bazar iştirakçıları tərəfindən təqdim edilmiş stratejiəhəmiyyətli malın ümumi həcmində bazar iştirakçısının payı;

ÜH - müvafiq strateji əhəmiyyətli mal üzrə bazarın ümumihəcmi;

bp - bazar iştirakçısının müvafiq strateji əhəmiyyətli mal üzrəümumi bazarda payı;

ÜHbi - müvafiq strateji əhəmiyyətli mal üzrə bazar iştirakçılarıtərəfindən təqdim edilən malın ümumi həcmi;

Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş bazar iştirakçılarıtərəfindən təmin edilən malların nomenklaturası üzrə bazariştirakçıları tərəfindən təmin edilən minimal həcm bazariştirakçısının hesablanmış payına vurulmaqla bazar iştirakçısıtərəfindən müvafiq strateji əhəmiyyətli mal üzrə təmin edilən həcmhesablanır.

Bazar iştirakçıları hesabat ilinin 1 oktyabr tarixindən növbətiilin 30 sentyabr tarixinədək onlar tərəfindən təmin edilən stratejiəhəmiyyətli mallar üzrə anbar qalığının bu Qaydada göstərilənbildirişdə qeyd olunan minimal həcmini təmin edir.

Məqalədə:
Seçilən
0
14
az.trend.az

10Mənbələr