AZ

Pekin Pentaqonun Çinlə bağlı hesabatınıTƏNQİD ETDİ

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian korrupsiyanın Çinin müdafiəsinin gücləndirilməsinə təsirindən bəhs edən Pentaqonun hesabatını tənqid edib.

“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, Pekin hesab edir ki, Birləşmiş Ştatlar “öz hərbi hegemonluğunu saxlamaq üçün” bəhanə tapmağa çalışır və bu məqsədlə “ildən-ilə məsuliyyətsiz hesabatlar” yayır.

"Bu hesabat, əvvəlkilər kimi, faktlara əsaslanmır, qərəzlə doludur." - Lin Jian brifinqdə deyib

Çinin Vaşinqtondakı səfirliyinin sözçüsü Liu Penyu qeyd edib ki, bu cür hesabatlar "soyuq müharibə" düşüncəsi sayəsində yaranır. “Biz ümid edirik ki, ABŞ Çinin strateji niyyətlərini obyektiv və rasional qiymətləndirəcək."

Seçilən
12
ikisahil.az

1Mənbələr