AZ

Strateji əhəmiyyətli malların monitorinqinin meyarları müəyyənləşib

Bakı. Trend:

Strateji əhəmiyyətli malların monitorinqi qaydası və həminmallar üzrə qısamüddətli kəskin qiymət dəyişməsinin müəyyənedilməsi meyarları təsdiqlənib.

Trend xəbərverir ki, bu barədə baş nazir Əli Əsədov müvafiq qərarimzalayıb.

Qeyd edilib ki, bu Qayda “Dövlət ehtiyatları haqqında”Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 5.1-cimaddəsinin ikinci cümləsinə əsasən hazırlanmışdır və stratejiəhəmiyyətli malların monitorinqinin həyata keçirilməsinin təşkilativə hüquqi əsaslarını, qaydasını, həmçinin həmin mallar üzrəqısamüddətli kəskin qiymət dəyişməsinin meyarlarını müəyyənedir.

Strateji əhəmiyyətli malların monitorinqi dövlət ehtiyatlarıüzrə məsul orqan - Azərbaycan Respublikasının Dövlət EhtiyatlarıAgentliyi (bundan sonra – Agentlik) tərəfindən həyatakeçirilir.

Monitorinqin məqsədi ölkənin strateji əhəmiyyətli mallarlatəchizat dayanıqlığının təmin edilməsi üzrə vəziyyətin öyrənilməsivə həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişməsininqarşısının alınması istiqamətində tədbirlər görülməsininzəruriliyinin qiymətləndirilməsidir.

Monitorinq özündə aşağıdakıları ehtiva edir:

-strateji əhəmiyyətli malların mövcudluğu və hərəkəti barədəməlumatların əldə edilməsi;

- strateji əhəmiyyətli mallarla təchizatın dayanıqlığına təhlükəyaradan faktorların müəyyən edilməsi və qiymətləndirilməsi;

-strateji əhəmiyyətli malların həcminin müntəzəmizlənilməsi;

- strateji əhəmiyyətli malların həcminin azalması ehtimalıyarandıqda bu malların həcminin nəzarətdə saxlanılması.

Monitorinq aşağıdakı məlumatlar əsasında aparılır:

- Azərbaycan Respublikası Dövlət Statistika Komitəsininməlumatları;

- internet resurslarından və mediadan əldə edilənməlumatlar;

- bazar iştirakçılarından əldə edilən məlumatlar.

Məqalədə:
Seçilən
11
28
az.trend.az

10Mənbələr