AZ

Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib

Bakı, TurkicWorld

Bu gün Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.

Bu barədə TurkicWorld-ə tənzimləyici qurumdan bildirilib.

Məlumata görə, hərracda tələb 76,0 mln. ABŞ dolları təşkil edib və tam təmin olunub.

Qeyd olunub ki, hərracın ortaçəkili məzənnəsi 1,7000 manat təşkil edib.

Seçilən
0
9
turkic.world

10Mənbələr