AZ

Azərbaycanda strateji əhəmiyyətli malların monitorinqinin aparılması üçün meyarlar təsdiq edilib

Nazirlər Kabineti strateji əhəmiyyətli malların monitorinqi qaydası və həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişməsinin müəyyən edilməsi meyarlarını təsdiq edib.

AzNews.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qayda srateji əhəmiyyətli malların monitorinqinin həyata keçirilməsinin təşkilati və hüquqi əsaslarını, qaydasını, həmçinin həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişməsinin meyarlarını müəyyən edir. Strateji əhəmiyyətli malların monitorinqi dövlət ehtiyatları üzrə məsul orqan olan Azərbaycan Dövlət Ehtiyatları Agentliyi tərəfindən həyata keçirilir.

Seçilən
16
19
aznews.az

10Mənbələr