Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunan ərazilərə köçürülən 4 minədək şəxsin məşğulluğunu təmin edib.
Qaziler.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Qeyd edilib ki, sakinlər üçün peşə hazırlığı kurslarının təşkili işləri aparılır. Artıq 125 sakin işəgötürənlərlə birgə təşkil olunan peşə hazırlığı kurslarına cəlb edilib.
Bildirilib ki, 145 sakin üçün isə özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar yaradılıb.
Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə əmək yarmarkalarının təşkili də davam etdirilir. Cari ildə həmin ərazilərdə daha 6 yarmarka keçirilib.