AZ

Vətən Müharibəsi Qəhrəmanı - şəhid kapitan Surxay Noçuyevin doğum günüdür

Azərbaycan Silahlı Qüvvələrinin kapitanı olan Surxay Noçuyev 1988-ci il dekabrın 19-da Zəngilan rayonunun Məmmədbəyli kəndində anadan olub.

QHT.az xəbər verir ki, 2003-2006-cı illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, 2006-2010-cu illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin (AAHM) Quru Qoşunları fakültəsində təhsil alıb. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim Və Tədris Mərkəzinin "Zabit ixtisas kursu"nu bitirib. Surxay Noçuyev 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Füzulinin, Zəngilanın, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və 9 noyabr tarixində Şuşa döyüşləri zamanı qəhrəmancasına şəhid olub.

 

— "Vətən Müharibəsi Qəhrəmanı" medalı
— III dərəcəli "Qüsursuz xidmətə görə" medalı
— "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı
— "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı
— "Vətən uğrunda" medalı (ölümündən sonra)
— "Qubadlının azad olunmasına görə" medalı
— "Şuşanın azad olunmasına görə" medalı
— "Füzulinin azad olunmasına görə" medalı

 

Ruhu şad olsun!

Seçilən
41
qht.az

1Mənbələr