AZ

Azərbaycana dərmanların idxalı azalıb -ORTA İDXAL QİYMƏTİ ARTIB

2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycana dəyəri 467 milyon 126 min dollar həcmində 18 min 810 ton əczaçılıq məhsulu idxal edilib.

Azərbaycanın xaricə satdığı pambıq ipliyinin - QİYMƏTİ UCUZLAŞIB

FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, əczaçılıq məhsullarının idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 53 milyon 348 min dollar və ya 10,25% azalıb, miqdar ifadəsində isə 6 min 148 ton, başqa sözlə, 24,63% azalıb.

Xatırladaq ki, 2023-cü ilin ilk 11 ayında isə Azərbaycana 520 milyon 475 min dollar dəyərində 24 min 958 ton əczaçılıq məhsulu idxal edilmişdi.

Qeyd edək ki, bu ilin yanvar-noyabr ayında idxal edilən əczaçılıq məhsullarının 1 kiloqramının orta dəyəri 42 manat 22 qəpik olub. 2023-cü ilin eyni dövründə isə bu rəqəm 35 manat 45 qəpik idi. Bu da illik müqayisədə 6 manat 77 qəpik və ya 19,1% artım deməkdir.

Bu il ümumi idxalın 2,49%-i əczaçılıq məhsullarının payına düşüb.

Seçilən
13
2
fed.az

3Mənbələr