AZ

Paytaxtda PLANLI QƏTL: Müharibə tamamilə YENİ MÜSTƏVİYƏ KEÇİR – FOTO

Srağagün Moskvanın Ryazanski prospektində baş verən partlayış nəticəsində Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunlarının rəisi, general-leytenant İqor Kirillov və onun köməkçisi öldürülüblər. Partlayış həmin şəxslər evdən çıxarkən baş verib. Partlayıcı qurğu evin yaxınlığında dayanan skuterdə quraşdırılıb.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Telegram” kanalında bu hadisə ilə bağlı qeyd edib ki, general və onun köməkçisi planlı şəkildə öldürülüb. Rusiya XİN rəsmisi terror aktlarını dəstəkləyənləri və onların qarşısında məqsədli şəkildə susanları həmin hadisələrin iştirakçısı adlandırıb.

Paytaxtda PLANLI QƏTL: <span style=color:red>Müharibə tamamilə YENİ MÜSTƏVİYƏ KEÇİR - FOTO

“İzvestiya” agentliyinin yaydığı məlumata görə, artıq qətldə şübhəli bilinən iki nəfər saxlanılıb. Onların özbəkəsilli şəxs olduqları qeyd edilir.

Bu hadisə ilə bağlı fikirlərini Medianews.az-a bölüşən sabiq xüsusi xidmət orqanı əməkdaşı Ərəstun Oruclu bildirib ki, general İqor Kirillovun öldürülməsinə dair müxtəlif versiyalar mövcud olsa da, ən ağla batan versiya qətlin Ukrayna hüquq-mühafizə orqanlarının əməliyyatı olmasıdır.

Paytaxtda PLANLI QƏTL: <span style=color:red>Müharibə tamamilə YENİ MÜSTƏVİYƏ KEÇİR - FOTO

Onun sözlərinə görə, əslində Ukrayna da bunu hansısa səviyyədə inkar etmir: “Hətta bəzi Ukrayna rəsmiləri dəyirlər ki, o, rəsmi Kiyev üçün legitim hədəf olub. Çünki Ukraynaya qarşı, guya 300-ə qədər müxtəlif kimyəvi maddələrdən, o cümlədən xlorpikrindən istifadəsi haqqında faktlar var. Bütün bunların istifadəsinə bilavasitə tapşırıq, əmr verən və yaxud da icra edən məhz general Kirillov olubdur. Belə görünür ki,  Ukrayna tərəfin heç meyli də yoxdur ki, Kirillovu qətlində iştirak etməsini inkar etdin. Hələlik bizdə olan versiya budur. Nə dərəcə düzgündür, nə dərəcədə Ukrayna xüsusi xidmət orqanlarının bu işə aidiyyəti var, bunu söyləmək çətindir. Amma görünən budur ki, artıq hədəfə alınan komanda heyətidir. Rusiyada tək o deyil, bir raket konstruktoru da qətlə yetirildi. Ümumiyyətlə, Ukrayna tərəfi etiraf etsə də, etməsə də rəsmi Kiyevə qarşı hərbi cinayətlərdə iştirak edən Rusiya hərbiçilərinin bir neçəsinin ölümünü həyata keçirib. O cümlədən zabitlər, həmçinin Ukraynaya qanadlı raketləri atan sualtı qayığın komandiri bir neçə ay əvvəl qətlə yetirilmişdi. Yəni, müharibə gedir. Müharibə şəraitində təkcə döyüş meydanında deyil, həm də həmin qoşunlara əmr verən yüksək rütbəli generalların da, rəsmilərin də hədəfə alınması baş verir. Rusiya  rəsmi səviyyədə bunu terror aktı hesab edir. Bu, çox mübahisəli məsələdir. Bir tərəfdən deyək ki, müharibə getməyən ərazidə, ölkənin paytaxtında hansısa qoşun növünün komandanı qətlə yetirilirsə, bu, ilk baxışdan terror aktı kimi dəyərləndirilə bilər. Digər tərəfdən isə Kirillov həmin silahlı qüvvələrin generalıdır ki, bu ordu başqa bir dövlətə qarşı müharibə aparır. Qeyd etdiyim kimi, hər bir halda bu proses gedir”.

Paytaxtda PLANLI QƏTL: <span style=color:red>Müharibə tamamilə YENİ MÜSTƏVİYƏ KEÇİR - FOTO

Ə.Oruclu deyib ki, general İ. Kirillov və onun köməkçisinin öldürülməsi həm də Rusiya tərəfindən səsləndirilən çoxsaylı hədələrə cavabdır: “Prezident Vladimir Putin bu hadisədən bir qədər əvvəl dedi ki, komanda mərkəzləri hədəfə alınacaqdır. Komanda mərkəzləri dedikdə ilk növbədə Ukrayna hakimiyyətinin yüksək dairələri nəzərdə tutulub. Ən azı bəyanat belə şərh olundu. Düşünürəm ki, bu qətl ona da cavab ola bilərdi. Ukraynalılar göstərmək istədilər ki, bunu təkcə sən deyil, biz də bacarırıq, biz də edə bilirik və bax, görürsünüz, etdik də. Amma ən maraqlısı isə rəsmi Moskvanın, yəni Putinin səviyyəsində bu hadisəyə qiymət, reaksiya verilməməsidir. Bu nədir? Bunu bir qədər söyləmək çətindir. Qərb dövlətləri, bildiyim qədər, hələlik ABŞ bu hadisəyə aidiyyəti olmasını rəsmi səviyyədə inkar etdi. Əslində mən düşünmürən ki, Ukraynanı Rusiyada kəşfiyyat aparma, əməliyyatlar keçirmə  imkanları ABŞ-nin imkanlarından azdır. Bəlkə də qat-qat çoxdur. Ən azı ona görə ki, iki ölkə arasında müştərək dil, ünsiyyət vasitələri var. Zahirən bu insanlar bir-birilərinə bənzəyirlər. Yəni Ukraynanın Rusiyada, Rusiyanın da Ukraynada kəşfiyyat aparmaq, əməliyyatlar həyata keçirmək üçün ideal imkanları mövcuddur. Görünür ki, bundan da istifadə olunur. Bu hara qədər gedib çıxacaq, bunu söyləmək çətindir. Deyək ki, müdafiə nazirliyi və yaxud da başqa bir səviyyədə kimlərsə hədəfə alınacaqmı, hər şey bir tərəfin atacağı addımlardan asılıdır. Məsələn, əgər Ukrayna artıq Rusiyanın qoşun növü komandanını qətlə yetirdisə, Rusiya tərəfi də buna hansısa formada adekvat cavab verəcək. Belə nəticə çıxır ki, artıq müharibə tamamilə yeni müstəviyə keçir”.

Nailə QASIMOVA

Seçilən
5
medianews.az

1Mənbələr