AZ

Türkiyə Ermənistan üçün Rusiyanı əvəz edə bilər - Lukyanov

Nəzəri olaraq, mümkündür. Paşinyanın bəyanatlarını analiz etsək, o, ardıcıl olaraq Ermənistanın qurban kompleksi və tarixi hadisələri bugünkü siyasətə daşımaqdan imtina etməsinin vacibliyini vurğulayır. O, Ermənistanın bu gün nə vəziyyətdə olduğunu qiymətləndirməyi və yeni şəraitdə dövlətçilik qurmağı təklif edir.

Axar.az xəbər verir ki, bunu "Valday" klubunun Elmi İşlər Fondunun direktoru Fyodor Lukyanov “Ermənistan üçün Rusiyanın təhlükəsizlik çətirinə alternativ olaraq Türkiyə nəzərdən keçirilə bilərmi” sualına cavabında deyib.

O hesab edir ki, Paşinyan hakimiyyəti dövründə bunun baş verməsi mümkündür:

“Əgər cəmiyyət bu ideyanı dəstəkləsə, mümkündür. Müharibədən sonrakı seçkilərin nəticələrinə və Paşinyanın hakimiyyətdə qalmasına baxsaq, belə bir dəstək var. Niyə də olmasın? Bu halda Türkiyə təhlükəsizlik təminatçısı rolunda çıxış edə bilər. Üstəlik, Ermənistanın Avropaya yönəlməsi və Qərb seçimini müzakirə edən Paşinyan və onun tərəfdarlarının nəzər nöqtəsindən baxsaq, regionda və Ermənistanın ətrafında mövcud olan yeganə "Avropa" və "Qərb" Türkiyədir. Bununla belə, tarixi qarşıdurmaların və önyarğıların aradan qaldırılmasının mümkün olub-olmadığı artıq mənim cavab verə biləcəyim bir sual deyil”.

Seçilən
4
3
axar.az

4Mənbələr