AZ

Fransa HDQ ən yeni F21 torpedosunun döyüşə hazır olduğunu təsdiqləyib - FOTO

Dekabrın 14-də Fransa Hərbi Dəniz Qüvvələrinin nüvə sualtı qayığı ən son F21 torpedası ilə istismardan çıxarılan Premier-Maître L'Her patrul gəmisinin gövdəsinə atəş açıb.

Herbiand.az Naval News nəşrinə istinadən bildirir ki, gəminin məhv edilməsinin fotoşəkilləri Fransa sualtı qayıqlarının yeni imkanlarını təsdiqləyir.

Atış həm yerüstü, həm də sualtı təhlükələri məhv etməyə qadir olan tam döyüş başlıqlı 533 mm-lik ağır F21 torpedodan istifadə edilərək həyata keçirilib. Yeni torpeda “Ruby” və “Suffren” siniflərinə aid çoxməqsədli nüvə sualtı qayıqlarını, həmçinin strateji nüvə sualtı qayıqlarını təchiz etmək üçün nəzərdə tutulub.

Fransa Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, ilk dəfədir ki, döyüş üçün təchiz olunmuş F21 torpedasından hədəf olaraq gəmiyə qarşı istifadə edilib.

Hərbi Dəniz Qüvvələrinin rəsmisi nəşrə deyib ki, sınaq yerüstü hədəfi batırmaq üçün nəzərdə tutulmayıb: “Bu buraxılışın əsas məqsədi F21-in real hədəfə təsirini ölçməkdir. Yeni nəsil F21 ağır torpedosu bütün Fransa sualtı qayıqlarında istifadəyə tam hazırdır”.

F21-in standart diametri 533 mm, uzunluğu - 6 metr, çəkisi - 1550 kq-dır. Torpedo 50 düyündən çox sürətə çatır və uçuş məsafəsi 27 dəniz milini (50 km) keçir. İş dərinliyi - 500 metrə qədərdir.

Torpedo əvvəlcə fiber optik vasitəsilə idarə olunur və sonra akustik hominqdən istifadə edir. Onun elektrik mühərriki gümüş oksid və alüminium birləşməsinə əsaslanan akkumulyatorla idarə olunur.

Bəxtiyar CƏFƏRLİ



Seçilən
10
herbiand.az

1Mənbələr