AZ

Məlumat təhlükəsizliyi üzrə Baş mütəxəssis - VAKANSİYA

"PAŞA Kapital İnvestisiya Şirkəti” QSC, Məlumat təhlükəsizliyi üzrə Baş mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:

Vəzifə öhdəlikləri:

  • Giriş icazələrinin idarə olunması siyasəti çərçivəsində və giriş control mexanizmlərinə əsasən fiziki daxil olmaqla identivlik və giriş kontrollarını təmin etmək;
  • Təhlükəsizlik nəzarətinə cavabdehdir;
  • İnsident və problemimin idarə edilməsi prosesində yüksək təsirə malik insidentləri və problemlərin araşdırılması;
  • İnformasiya və məlumat təhlükəsizliyi siyasətlərinin işlənib hazırlanması;
  • Proqram təminatlarına dair "log"- ların saxlanılmasının təmin olunması;
  • Saxlanılan LOG-ların izlənilməsi;
  • Vəzifə kateqoriyaları üzrə yetkiləndirmə qaydalarının işlənib hazırlanması və nəzarətdə saxlanılması;
  • "Şirkətsirri" siyasətinin və iltizamnamənin hazırlanması(yəni, hansı məlumatlar "şirkətsirri" adlanır);
  • Şifrələrin vaxtaşırı dəyişdirilməsi ilə bağlı tədbirlərin görülməsi;
  • Əməkdaşlara vaxtaşırı test məqsədilə təhlükə xarakterli məlumatlar göndərərək qaydalara nədərəcədə əməl olunub-olunmamasının yoxlanılması;
  • Şirkətə məxsus strateji əhəmiyyətli məlumatların sızdırılmaması ilə bağlı siyasətin hazırlanması;
  • Kənardan gələn maillərə və kənara çıxan maillərə mütəmadi nəzarətin həyata keçirilməsi riskli mail aşkarolunduğu təqdirdə dərhal üstrəhbərliyə məlumatların verilməsi;
  • "Superuser"-lərin siyahısı üzrə aparılan əməliyyatlara dair monitorinqlərin aparılması;
  • USB çıxışlarının əməkdaşlar üzrə bloklanmasına əmin olmaq,USB çıxışı olan əməkdaşlar tərəfindən DATATRANSFER-lərin nəzarətdə salxanılması.

Tələblər:

  • Təhsil: İnformasiya təhlükəsizliyi, İnformasiya texnologiyaları, Riyaziyyat və digər əlaqəli sahə üzrə bakalavr dərəcəsi;
  • Tələb olunan iş təcrübəsi: İnformasiya təhlükəsizliyi sahəsi və ya digər əlaqəli sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Lisenziya / Sertifikat: CompTIA Security + və ya digər başlanğıc səviyyəli sertifikatın olması üstünlükdür;
  • Xarici dillər: İngilis (yaxşı);
  • Kompüter bilikləri: MS Office Excel;
  • Məhsul üzrə biliklər: Əsas Bank Sistemləri, Kart Tətbiq Sistemləri üzrə bilik və şəbəkə cihazları, AWS ilə təcrübə üstünlükdür. Ən yaxşı təhlükəsizlik təcrübələri (NIST, ISO 27000X, PCI DSS) bilikləri üstünlükdür;
  • Başqa tələblər: PCI DSS, NIST, ISO 27000, ITIL, COBIT standartları bilikləri, Analitik biliklər, detal yönümlü.

CV-nizi linkə daxil olaraq göndərə bilərsiniz. 

Zemfira Ms
Fins.az

 

Seçilən
6
fins.az

1Mənbələr