AZ

Azərbaycanın müəyyənləşdirdiyi növbəti xətt : “İslam səkkizliyi” – ÖZƏL

"Azərbaycan son vaxtlar özünün siyasi-diplomatik fəaliyyətini maksimum səviyyədə genişləndirməyə başlayıb. Həm Qərb siyasi dairələri, həm də Qərbə alternativ siyasi-iqtisadi mərkəzlərlə münasibətlərini genişləndirməyə üstünlük verir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi ekspert Elçin Xalidbəyli deyib:

"Azərbaycan indi həm Qlobal Şimal, həm də Qlobal Cənubla münasibətlərində xüsusi siyasi-diplomatik manevrlər edir. Bu baxımdan Azərbaycanın yeni platformalara meyl göstərməsi qətiyyən təəccüblü və ya gözlənilməz deyil. "İslam səkkizliyi"nə qoşulmaq da Azərbaycan üçün yeni iqtisadi-ticari, eyni zamanda siyasi-diplomatik manevr məkanları aça bilər. Bu istiqamətlər Azərbaycanın xüsusilə iqtisadi-ticari fəaliyyətində ölkənin inkişaf perspektivlərinin genişləndirməsi baxımdan böyük əhəmiyyət daşıyır.
"İslam səkkizliyi" də bu baxımdan Azərbaycanın müəyyənləşdirdiyi növbəti xətlərdən, istiqamətlərdən biridir. "İslam səkkizliyi"nin iqtisadi-ticari potensialı Azərbaycan üçün cəlbedicidir və ona görə də Azərbaycan öz iqtisadi-ticari fəaliyyətini şaxələndirməyə cəhd göstərir. Bu da Azərbaycanın gələcək inkişaf perspektivləri üçün böyük önəm daşıyan qərarlardan biridir".

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
6
olaylar.az

1Mənbələr