AZ

Dilan Polat yenidən həbs olunacaq? - FOTO

Türkiyəli sosial media fenomeni Dilan Polat və bacısı Sıla Doğu yenidən gündəmə gəlib.

Milli.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, onların iki ay əvvəl bir tədbirdə yaxın rəqs performansı təqdim etməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Hadisənin "qeyri-etik davranış" olaraq qəbul edilməsi və cəmiyyətin hissiyatını narahat etməsi səbəbindən məsələ İstanbul Respublika Prokurorluğuna çatıb.

Prokurorluğun araşdırmaları nəticəsində Dilan və Sıla barəsində rəsmi istintaq sona çatıb və yaxın zamanda məhkəmə qarşısına çıxacaqları bildirilir. Onlar üçün 6 aydan 1 ilə qədər həbs cəzası istənilir.

Xatırladaq ki, Dilan Polat daha öncə həyat yoldaşı Engin Polat və digər ailə üzvləri ilə birlikdə çirkli pulların yuyulması ilə bağlı keçirilən əməliyyatda saxlanılmışdı. Lakin istintaq müddətində məhkəmə tərəfindən sərbəst buraxılmışdı.

Dilan Polat bu hadisə ilə bağlı hələ ki, sosial media hesablarında heç bir açıqlama verməyib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
17
milli.az

1Mənbələr