AZ

Yeni il qabağı qiymətlər bahalaşıb

Həmişə bayram gələndə qiymətlər bahalaşır.

Heç indiyə kimi görməmişik ki, hansısa, ərzaq, qıda məhsullarının  qiyməti bayramda ucuzlaşın.Bu il də  Yeni il gəlməmişdən öncə bir çox məhsulların qiyməti qalxıb. Hansı bazar- dükana getsən bu qiymət artımını görmək olar.  Belə ki, bütün çərəzlərin, ət və ət məhsullarının  qiymətlərində artım var.

Hələ biz mer- meyvənin  bahalaşmasını demirik. Onu da desək, vəziyyət bir qədər də qanqaraldıçı olar. Onsuz  da hər bayramqabağı  qiymətlər qalxır və qanımızda itin qanına dönür. Bayram süfrəsinin  açılması üçün dörd nəfərlik bir ailəyə 400-500 manat pul lazımdır.

Təbii ki, aztəminatlı ailələr belə süfrə  açmaqda çətinliklə üzləşəcəklər. Yeni ildə ən çox insanların xoşladığı ət hinduşka ətidir. Onun da qiyməti kəllə - çarxa qalxıb.Belə ki, bu quş ətinin kiloqramı 17- i manatdır. Yəni bir hinduşkaya ən azı 60 manat pul verməlisən. Çox danışıb başınızı ağrıtmaq istəmirik. Hər halda, ruzini verən Allahdır və Tanrı da heç vaxt bəndələrini darda qoymayıb!

Emil Faiqoğlu     

Seçilən
8
adalet.az

1Mənbələr