AZ

Ünvanlı sosial yardıma müraciətlə bağlı cavablar niyə gecikdirilir? VİDEO

Bəzi vətəndaşlar ünvanlı sosial yardım üçün müraciətlərlə bağlı cavabların gecikdirilməsindən şikayətçidirlər.

“Xəbər Ertəsi”nin qaynar xəttinə müraciət edən bölgə sakinləri prosesin uzun olduğunu və yekun nəticə barədə məlumatın gec verildiyini iddia edirlər.

Onların sözlərinə görə, dəfələrlə müraciət etmələrinə baxmayaraq 1 aydan çox gözləməli olublar.

İsmayıllı sakinləri də eyni vəziyyətlə qarşılaşıblar.

Dövlət Sosial Müdafiə Fondunun mətbuat katibi Rəşad Mehdili Tovuzdan olan şikayətçilər ilə bağlı bildirdi ki,  həmin müraciətlərə baxılıb və ünvanlı dövlət sosial yardım təyin edilib.

Bununla yanaşı qurumdan o da bildirildi ki, sosial yardımın alınması üçün müraciətlər 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır.Əgər müavinətin təyin olunmasından imtina edilməsi barədə qərar qəbul edilərsə, səbəblər göstərilməklə müraciət edən şəxsə 5 gün müddətində rəsmi məlumat verilməlidir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
6
xezerxeber.az

1Mənbələr