AZ

Paşinyan və Akopyan “Mənim addımım” fonduna ianə toplamaqla bağlı ittihamlara cavab verməli oldular

Baş nazir Nikol Paşinyan və həyat yoldaşı, “Mənim addımım” Fondunun rəhbəri Anna Akopyan canlı yayımda Akopyanın fondun Yeni il tədbirində iştirakla bağlı sahibkarlara məktubu ilə bağlı ittihamları şərh ediblər.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, daha əvvəl “Hraparak” qəzeti planlaşdırılan tədbirlə bağlı “reketliyin klassik nümunəsi” adlandırmışdı.

Akopyanın sözlərinə görə, məktub iri şirkətlərə göndərilib, orada fondun proqramları sadalanıb və təsdiq olunarsa, maliyyə yardımı göstərilməsinə dair xahiş yer alıb. Onun sözlərinə görə, belə məktublar 473 iri şirkətə göndərilib, onlardan 383-ü cavab verməyib. Fonda həmçinin 4 imtina və 86 müsbət cavab gəlib. Anna Akopyanın məktubda 10 milyon dramlıq xahiş olunduğunu təsdiqləyib. Lakin onun bildiridiyinə əsasən, bu 86 şirkətin köçürdüyü məbləğlər 1 milyon dram ilə 10 milyon dram arasında dəyişib, şirkətlərin 50%-dən çoxu isə 10 milyon dramdan az ianə verib. Öz növbəsində Paşinyan bildirib ki, əksər şirkətlərin cavab verməməsi və ya ianələrdən imtina etməsi onlara qarşı məcburiyyət olmadığını göstərir. “Əgər əksəriyyət məktubu cavabsız qoya və ya rədd edə bilərsə, deməli, məcburiyyət yoxdur və bu yöndə bütün fikirlər ən azı yersizdir”, - deyə o qeyd edib.

 Bundan əvvəl, noyabrda “Mənim addımım” fondu 62 iş adamının iştirakı ilə xeyriyyə yeməyi təşkil etmişdi və bu şam yeməyi zamanı 62 milyon dram (160 min dollardan çox) vəsait toplanmışdı.

Musavat.com

Seçilən
0
musavat.com

1Mənbələr