Qaçaqmalçılıq və digər qanunsuz yollarla Azərbaycana təxminən 95%-dən çox narkotik vasitələr gətirilib. Bu barədə Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 2024-cü ilin yanvar-noyabrına olan yekun məlumatda bildirilib.
Bildirilib ki, qanunsuz dövriyyəsi ilə bağlı 6 min 693 nəfər cinayət məsuliyyətinə cəlb edilib.
Cari ilin ötən dövründə 1439,6 hektar sahədən 2 milyon 864 min 953 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilib.
Aytac
www.anews.az