AZ

BakıdaAĞIR QƏZA:11 yaşlı qız öldü

Bakıda ölümlə nəticələnən yol qəzası olub.

Gundem.az xəbər verir ki, hadisə Suraxanı rayonu Hövsan-Türkan avtomobil yolunda baş verib.

35 yaşlı Əhmədov Davud Əhməd oğlunun idarə etdiyi avtomobil ilə 34 yaşlı Allahverdiyev Elvin Zülfüqar oğlunun idarə etdiyi qızıl rəngli "Hyundai Avente" markalı avtomobil toqquşub. Nəticədə hər iki sürücü xəsarət alıb. Sərnişinlərdən biri 11 yaşlı Əhmədzadə Zəhra Davud qızı aldığı xəsarətlərdən Respublika Neyrocərrahiyə xəstəxanasında ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

Seçilən
1
4
gundem.az

5Mənbələr