AZ

Prezident Administrasiyasında yeni sektor müdiri - TƏYİNAT

13:21 19.12.2024
13:21 19.12.2024

Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin İnnovativ inkişafın təşviqi sektoruna müdir təyin olunub. Mynews.az xəbər verir ki, bu vəzifəyə Fərid Əzizağa oğlu Vəliyev təyinat alıb.

F.Vəliyev 1983-cü ildə anadan olub, Bakı Dövlət Universitetinin “Tətbiqi riyaziyyat” ixtisası üzrə bakalavr, “İqtisadi fəaliyyətin riyazi və informasiya təminatı” ixtisası üzrə magistr pillələrini bitirib. Koreya Universitetində “Elektron hökumət”, İstanbul Texniki Universitetində “Rəqəmsal transformasiya sahəsində idarəetmə” istiqamətləri üzrə sertifikat proqramlarını keçib.

F.Vəliyev Azərbaycan Mərkəzi Bankında, ASAN Xidmətdə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müxtəlif vəzifələrdə işləyib. 2021-ci ildən isə Prezident Administrasiyasında çalışır.


phrase_var_article.chosen
1300
30
mynews.az

10phrase_var_article.sources