AZ

Həmin zərbədən sonra üzünə 10 tikiş vuruldu - FOTO

Fransa liqasında "Paris Saint-Germain" öz meydanında “Monako”nu 4:2 hesabı ilə məğlub edib.

Modern.az-ın məlumatına görə, matçın 22-ci dəqiqəsində “Monako”nun futbolçusu Sinqo Paris komandasının qapıçısı Canluici Donnarummanın üzünə sərt zərbə endirib.

Zədəli fransalı qolkiper oyunu tərk etməli olub.

Onun üzünə 10 tikiş qoyulub. Sinqoya kart verilməməsi sosial mediada reaksiyaya səbəb olub.

"Gianluigi Donnarummanın üzündə çoxlu yara və travma var. O, komanda ilə birlikdə Parisə qayıdacaq. Yoxlamalar aparılacaq və o, bir neçə gün hərəkətsiz qalmalı olacaq", - rəsmi açıqlamada deyilir.

1404380

Seçilən
7
1
modern.az

2Mənbələr