"Bəzi tibb müəssisələrinin elektron qeydiyyat sistemində yaranmış texniki nasazlıq aradan qaldırılıb".
Bu barədə APA-ya TƏBİB-dən verilən məlumatda bildirilib.
***
11:47
"Dekabrın 19-da səhər saatlarından ölkə üzrə internet təminatını həyata keçirən provayderlərin birində texniki nasazlıq yaranması səbəbindən bəzi tibb müəssisələrinin elektron qeydiyyat sisteminin fəaliyyətində fasilələr qeydə alınıb".
APA xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
"Problemin qısa müddətdə aradan qaldırılması istiqamətində internet provayderi tərəfindən işlər həyata keçirilir", - deyə məlumatda bildirilib.