AZ

Paşinyan Ermənistanda məcburi hərbi xidmətdən danışdı

Bu gün orduda bir çox məhdudiyyətlərə açıq şəkildə uyğun gələn çoxsaylı xidmət növləri mövcuddur.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu dekabrın 19-da hökumətin iclasında Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

“Hərbi xidmət haqqında danışanda biz ancaq bəzi iri çaplı silahların istifadəsini təsəvvür edirik. Ordu çox böyük bir orqanizmdir və burada müxtəlif xidmətlər, hətta ofis xidmətləri var. Biz də bu münasibətə yenidən baxmalıyıq. Bütün xəstəliklərin hərbi xidmət üçün məhdudiyyət yaratmasına gərək yoxdur. Hər hansı xəstəliyə görə hərbi xidmətin xarakteri ilə bağlı yalnız bəlli məhdudiyyətlər ola bilər. Birbaşa demək lazımdır: Ermənistan ordusunda məcburi hərbi xidmətlə bağlı məhdudiyyətlər minimuma endirilməlidir”, - deyə, özü orduda xidmət etməyən Paşinyan bildirib.

Musavat.com

Seçilən
0
musavat.com

1Mənbələr