AZ

Trampın elçisi: Ukraynada müharibə bu il bitə bilər

Donald Tramp bu ilin sonuna qədər Ukraynada müharibəni dayandırmağa cəhd edə bilər.

Yenisabah.az Fox Business-ə istinadla xəbər verir ki, bunu Amerika liderinin hərbi münaqişənin həlli üzrə gələcək xüsusi nümayəndəsi Keyt Kelloq deyib.

O bildirib: “İndi bunun üçün mükəmməl vaxtdır. Həqiqətən inanıram ki, seçkiqabağı kampaniyası zamanı bu vədi (müharibəyə son qoymaq - red.) vermiş prezident Tramp yerinə yetirəcək və bu, reallaşacaq. Düşünürəm ki, bu, 2024-cü ildə baş verəcək. Onun bunu etmək üçün lazımi qabiliyyət və imkanları var”.

Kelloqun sözlərinə görə, Moskva və Kiyev sülh danışıqlarına hazırdır və Tramp danışıqların başlamasına kömək edə bilər, çünki onun bunu etmək üçün “görmə qabiliyyəti və enerjisi var”.

Seçilmiş prezidentin özü bu yaxınlarda bildirib ki, o, münaqişənin həlli üçün çalışır və artıq “az irəliləyiş” əldə olunub.


Telegram kanalımız
Seçilən
5
yenisabah.az

1Mənbələr