AZ

“McDonald's Azərbaycan”da halal mal əti: yerli istehsala start verilməsi və yeni imkanlar (FOTO/VİDEO)

Bakı. Trend:

“McDonald’s Azərbaycan” şirkəti restoranlarında istifadə olunanməhsulların lokallaşdırılması istiqamətində növbəti mühüm addımataraq Azərbaycanda istehsal olunan mal ətindən istifadəyə keçidetməyə başlayıb.

Halal sertifikatlı mal ətinə tam keçidin 2025-ci ilin birinciyarısında tamamlanması planlaşdırılıb.

“AzProtein Food’s Group” şirkətinə məxsus zavodun ərazisindətikilmiş yeni ixtisaslaşdırılmış istehsal zonası xüsusi olaraq“McDonald’s”ın tələbləri nəzərə alınmaqla layihələndirilib vəşəbəkənin restoranlarını beynəlxalq keyfiyyətli halal mal əti ilətam təmin etməyə imkan verir.

Müəssisənin istehsal gücü “McDonald’s Azərbaycan”ın illiktəxminən 1 milyon kiloqram təşkil edən mal əti ehtiyaclarını tamşəkildə ödəməklə yanaşı, həm də gələcək artım və inkişaf üçünimkanlar yaradır.

İstehsal kompleksinin təntənəli açılış mərasimində “McDonald’sAzərbaycan”ın inkişafı lisenziyasının sahibi Cavad Marandi,şirkətin Müşahidə Şurasının sədri Fərid Əlizadə, “McDonald’sAzərbaycan”ın baş direktoru Oskar Boqopolskiy, korporasiyasınınAvropa, Yaxın Şərq və Afrika üzrə vitse-prezidenti Aroşa Vijemunivə “AzProtein Food’s Group” şirkətinin Müşahidə Şurasının sədriNazim Səfərov iştirak ediblər.

Tədbirdə çıxış edən “McDonald’s Azərbaycan”ın inkişafılisenziyasının sahibi Cavad Marandi, yerli istehsala keçidin“McDonald’s” şirkəti üçün strateji əhəmiyyətindən danışaraqdeyib:

“Lokallaşdırma uzunmüddətli strategiyamızın təməl daşıdır. Hesabedirik ki, yerli istehsalçılarla iş birliyi təkcə şirkətimizininkişafına mühüm töhfə deyil, həm də Azərbaycanda qeyri-neftsektorunun gücləndirilməsi baxımından əhəmiyyətli addımdır. Bu, ilknövbədə, ölkənin gələcəyinə investisiya deməkdir. Mal ətiistehsalının lokallaşdırılması dayanıqlı inkişafı və qarşılıqlıuğurları təmin etmək üçün yerli istehsalçılarla necə əməkdaşlıqetdiyimizin parlaq nümunəsidir”.

“AzProtein Food’s Group” şirkətinin Müşahidə Şurasınınsədri Nazim Səfərov bildirib:

“Bu gün şirkətimiz və fəaliyyət göstərdiyimiz sahə üçünəlamətdar bir gündür. Biz “AzProtein Food’s Group” şirkətininbeynəlxalq standartları və yerli təşəbbüsləri özündə birləşdirən bulayihənin mühüm hissəsi olmasına görə qürur duyuruq. Məqsədimizməhsulun dəyişməz yüksək keyfiyyətini təmin etmək vətərəfdaşlığımızın inkişafına töhfə verməkdir”.

“McDonald’s” korporasiyasının Avropa, Yaxın Şərq vəAfrika üzrə təchizat zənciri şöbəsinin direktoru Ala Mohammad qeydedib:

“Yerli istehsal olan halal sertifikatlı mal əti kotletlərinəkeçid Azərbaycan bazarı üçün yeni imkanlar açır. Bu, şirkətə yerliistehlakçıların tələbatını ödəməyə, bazardakı mövqeyinigücləndirməyə, həmçinin biznesin genişlənməsinə və böyüməsinə köməkedəcək”.

Qeyd edək ki, istehsal prosesləri “McDonald’s”ın beynəlxalqstandartlarına tam cavab verir. Obyektin layihələndirilməsindəntikintisinə və işə başlamasına qədər bütün mərhələlərdə şirkətintələblərinə ciddi riayət olunub.

İstehsal kompleksində və ət kəsimi məntəqəsində keyfiyyətinidarə edilməsi sistemi (SQMS), sosial məsuliyyət (SWA), qabaqcılistehsal təcrübələri (GMP) və digər əsas standartların yoxlanmasıdaxil olmaqla müntəzəm auditlər keçirilir. Məhsullar halalsertifikatına malikdir və “McDonald’s” şirkətinin Almaniyadayerləşən Avropa Keyfiyyət Mərkəzinin tələblərinə cavab verir.

Müəssisənin ərazisində kəsimdən əvvəl heyvanların müvəqqətiyerləşdirilməsi üçün ferma və Qida Təhlükəsizliyi Agentliyinin(AQTA) tabeliyində fəaliyyət göstərən baytarlıq laboratoriyasıyerləşir. “AzProtein Food’s Group” şirkətinin zavodunda keyfiyyətənəzarət mütəxəssisləri, xətt operatorları və texniklər daxilolmaqla 120-dən çox işçi çalışır.

Layihə həmçinin regional əhəmiyyət daşıyır. Gələcəkdəməhsulların qonşu ölkələrə ixrac edilməsi planlaşdırılır ki, bu dayerli iqtisadiyyat üçün yeni imkanlar yaradacaq.

Bu addım “McDonald’s Azərbaycan” şirkətinin qeyri-neftsektorunun dəstəklənməsi və yerli təchizat zəncirlərinin inkişafıüzrə uzunmüddətli strategiyasını əks etdirir. Şirkət yerliistehsalçılarla fəal əməkdaşlığını davam etdirir və şəbəkəninrestoranlarında yerli məhsulların payını artırır.

Məqalədə:
Seçilən
5
13
az.trend.az

10Mənbələr