AZ

Xəstəxanalardakı problem aradan qalxdı

19.12.2024-cü il tarixində səhər saatlarından ölkə üzrə internet təminatını həyata keçirən provayderlərin birində texniki nasazlıq yaranması səbəbindən bəzi tibb müəssisələrinin elektron qeydiyyat sisteminin fəaliyyətində fasilələr qeydə alınıb.  

"Cebheinfo.az" xəbər verir ki, bu haqda TƏBİB məlumat yayıb. 

Qeyd edilib ki, problemin qısa müddətdə aradan qaldırılması istiqamətində internet provayderi tərəfindən işlər həyata keçirilir.

Məsələ ilə bağlı TƏBİB-dən "Cebheinfo.az"-a verilən məlumata görə, yaranmış texniki nasazlıq aradan qaldırılıb.

Seçilən
13
35
cebheinfo.az

10Mənbələr