AZ

"Əlillər də orduda xidmət etsin" - Paşinyan

Ermənistanın Baş nazir Nikol Paşinyan əlilliyi olan şəxslərin də orduda hərbi xidmət etməsi yönündə çıxış edib. 

"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

Paşinyanın sözlərinə görə, əlil arabasında oturan adam da orduda xidmət növünü yerinə yetirə bilər: "Məlum olub ki, bizim qanunvericiliyimiz heç bir halda əlilliyi olan şəxslərin Fövqəladə Hallar Nazirliyində, xilasetmə xidmətində işə götürülməsinə icazə vermir. 

Bu gün orduda elə xidmət növləri var ki, əlil arabasında oturan, hərəkət qabiliyyəti məhdud olan şəxs səmərəli fəaliyyət göstərə bilər. Bu, bir tərəfdən əlillərin öz imkanlarından tam istifadə etməsinə şərait yaradacaq, digər tərəfdən isə onların ictimai həyata tam inteqrasiyasına şərait yaradacaq". 

Ağarza Elçinoğlu 

Seçilən
10
5
unikal.az

6Mənbələr