AZ

2025-ci ilin dövlət büdcəsi Azərbaycanın müstəqillik tarixinin ən böyük büdcəsidir - Deputat

Bakı. Trend:

2025-ci ilin dövlət büdcəsi Azərbaycanın müstəqillik tarixininən böyük büdcəsidir. Dövlət büdcəsinin gəlirləri 38 milyard 356milyon manat, xərcləri 41 milyard 407 milyon 600 min manat olmaqlanövbəti ilin dövlət büdcəsi ölkəmizin qarşısında dayanan bütünvəzifələrin uğurla icra edilməsinə imkan verir.

Bunu Trend-ə Milli Məclisindeputatı Afət Həsənova deyib.

O bildirib ki, dövlət büdcəsi 3 oxunuşda Milli Məclisdə genişmüzakirə olundu və qəbul edildi.

“Dövlət büdcəsi ölkəmizin əsas hədəflərini və Prezident İlhamƏliyev tərəfidən qarşıya qoyulan əsas prioritet vəzifələr nəzərəalınmaqla hazırlanıb. Dövlət büdcəsinin prioritet istiqamətlərisırasında ölkənin hərbi-müdafiə qabiliyyətinin və millitəhlükəsizliyinin gücləndirilməsi dayanır. Belə ki, müdafiə vəmilli təhlükəsizliklə bağlı xərclərə 20,3 faiz həcmində və ya 8milyard 396,0 milyon manat məbləğində vəsait nəzərdə tutulub ki, buda əvvəlki illərdən çoxdur. Azərbaycan bu istiqamətdə xərcləriartırmağa və müdafiə qabiliyyətini gücləndirməyə məcburdur.

Bu gün bəzi ölkələr, xüsusilə Fransa Ermənistanı durmadansilahlandırır ki, bu da region üçün yeni təhlükə yaradır. Belə olanhalda Azərbaycan doğru olaraq müdafiə və milli təhlükəsizlikləbağlı xərcləri artırır və ölkəmizin müdafiə qabiliyyətigücləndirilir. Onlar düşünürlər ki, Erməistanı silahlandırmaqlanəyəsə nail ola biləcəklər. İkinci Qarabağ müharibəsinin və 2023-cüilin sentyabrında keçirilən antiterror əməliyyatının nəticələrigöstərdi ki, Ermənistanı nə qədər silahlandırsalar da Azərbaycanıngücü qarşısında tab gətirmək iqtidarında deyil”, - deyə A.Həsənovavurğulayıb.

O qeyd edib ki, dövlət büdcəsinin digər prioritetləri sırasındaQarabağ və Şərqi Zəngəzurun bərpası, yenidənqurulması, ölkəiqtisadiyyatına reinteqrasiyası və ərazilərə Böyük Qayıdışın təminedilməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi və rifahhalının yaxşılaşdırılması üçün əlavə sosial dəstək paketinin həyatakeçirilməsi və digər istiqamətlər daxildir.

“44 günlük Vətən müharibəsində tarixi zəfərdən sonra azadedilmiş ərazilərdə dərhal yenidənqurma və bərpa işlərinəbaşlanıldı. Bu müddət ərzində həmin ərazilərdə böyük infrastrukturlayihələri icra olunub, xeyli sayda soydaşımız öz doğma yurdlarınageri dönüblər. Növbəti ildə də bu proses davam edəcək və daha çoxinsanımız öz yurdlarına qovuşacaqlar.

Eyni zamanda 2025-ci il dövlət büdcəsi öz sosial yönümlülüyünüqoruyub saxlayıb. Belə ki, büdcənin 40 faizdən artıq hissəsisosialyönlü xərclərə yönəldiləcək və 2025-ci ildə minimuməməkhaqqı, pensiya, müavinət və digər sosial ödənişlərdə yeniartımlar 3 milyona yaxın vətəndaşımızı əhatə edəcək. Bütün butədbirlər vətəndaşlarımızın rifah halının yüksəldilməsinə imkanverəcək. Digər istiqamətlərə o cümlədən şəhid ailələrinə, qazilərədövlətin diqqət və qayğısının davam etdirilməsi, təhsilin,səhiyyənin inkişafı, dayanıqlı iqtisadi artımın dəstəklənməsi,makroiqtisadi sabitliyin və büdcə dayanıqlığının təmin olunmasıistiqamətində kifayət qədər tədbirlər nəzərdə tutulur. Bütün bunlarnövbəti ildə ölkəmiz qarşıda dayanan vəzifələrin layiqincə yerinəyetirilməsinə imkan verəcək”, - deyə deputat əlavə edib.

Məqalədə:
Seçilən
8
az.trend.az

1Mənbələr