AZ

Kanadalı qubernator Trampa meydan oxudu: "Biz heç vaxt 51-ci ştat olmayacağıq"

Kanadalılar ölkələrinin ABŞ-nin 51-ci ştatı olmasına icazə verməyəcəklər.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu Kanadanın Ontario əyalətinin rəhbəri Duq Ford yerli CTV telekanalında Amerikanın seçilmiş prezidenti Donald Trampın son bəyanatını şərh edərkən deyib.

“Biz heç vaxt 51-ci ştat olmayacağıq. Biz Kanadayıq. Kanadalı olmaqdan qürur duyuruq. Biz bunun üçün həmişə mübarizə aparacağıq”, - deyə siyasətçi bildirib.

Fordun sözlərinə görə, Tramp bütün Kanada mallarına 25%-lik tariflər tətbiq etmək qərarına gəlsə, Kanada ABŞ-a elektrik və enerji resursları tədarükünü dayandıracaq.

Qeyd edək ki, bu ilin dekabrın 18-də Tramp özünə məxsus “Truth Social” sosial şəbəkəsində Kanadanın ABŞ-nin 51-ci ştatı olacağı təqdirdə həmin ölkənin vətəndaşlarının vergilərə və müdafiəyə əhəmiyyətli dərəcədə qənaət edə biləcəyi barədə fikir bildirib.

Musavat.com

Seçilən
0
musavat.com

1Mənbələr