AZ

Dəhşətli sirri açıram, minlərlə erməni əsgər bura girəcək"

"NATO-nun 170 minlik hərbi kontingenti Ukraynaya girəcək. Bir neçə min hərbçi isə Ermənistandan olacaq".

Milli.Az xəbər verir ki, bu iddia ilə ukraynalı ekspert Dmitri Qordon çıxış edib.

O bildirib ki, NATO qoşunlarının Ukraynaya daxil olması prosesi mütləq həyata keçiriləcək:

"Necə deyərlər, 40 min yox, 150 min, hətta 170 min hərbçi Ukrayna ərazisinə daxil olub, təmas xəttinə yerləşdiriləcək. Ancaq bu, yalnız müqavilə bağlanandan sonra baş tutacaq. Onlar Fransadan olacaq. Bu əməliyyatın təşəbbüskarı Fransa prezidenti Emmanuel Makrondur. Həmçinin Böyük Britaniya, Polşa, Latviya, Litva, Estoniya, Niderland, Norveç, Danimarka, İsveç və Finlandiyadan hərbçilər cəlb ediləcək.

Ermənistanın da iştirakı istisna edilmir, çünki Makron artıq Nikol Paşinyana müraciət edib və sonuncu müsbət cavab verib. Mən "dəhşətli sirr"i açıram: Ermənistandan bir neçə min əsgərin gələcəyi istisna edilmir". /Globalinfo.az

Milli.Az

Seçilən
4
9
milli.az

10Mənbələr