AZ

Elxan Əzizovun rəhbərlik etdiyi qurum vergi borcu olan şirkətə 68 800 AZN ödəyəcək - SƏBƏB

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Azerbaijan İnternational Telecom (AzInTelekom)” MMC-nin nəqliyyat vasitələrinin təmiri xidmətlərinə 68 819 AZN xərclənəcək.

 

Pravda.az-ın xəbərinə görə, işləri "VM Motors" MMC həyata keçirəcək.

 

Qeyd: Nizamnamə kapitalı 5 374 432 manat olan “Azerbaijan İnternational Telecom”un İdarə Heyətinin sədri Elxan Faiq oğlu Əzizovdur. Nizamnamə kapitalı 20 AZN olan "VM Motors"un qanuni təmsilçisi isə Vaqif Yaşar oğlu Məmmədovdur. Şirkətin dövlətə 24 018 AZN borcu var.

 

Cabir Həsənov

Tarix: 19 Dekabr 2024, 14:14   
Seçilən
4
3
pravda.az

5Mənbələr