7NEWS.az xəbər verir ki, illərdir Suriyada Əsəd rejiminin işgəncə mərkəzində saxlanılan Amar Musa Sednaya həbsxanasında keçirdiyi dəhşətli günlərdən danışıb. Musa dedi: "Bizə ancaq burada sürünməyə icazə verdilər, kim başını qaldırsa, öləcək”. Sednaya həbsxanasındakı kamerasının qarşısından Əsədə müraciət edən məhbus "Mən ölməmişəm, buradayam və diriyəm” deyib.