AZ

ABŞ Pakistan təşkilatlarına sanksiya tətbiqETDİ

Birləşmiş Ştatlar Pakistanın dövlətə məxsus Milli İnkişaf Kompleksinə və onun ballistik raket proqramında iştirak edən üç əlaqəli şirkətə qarşı sanksiyalar tətbiq edib.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Pakistan nüvə başlıqları daşımağa qadir olan “Şahin” uzaqmənzilli ballistik raketləri və orta mənzilli raketləri üçün aktiv şəkildə komponentlər hazırlayır. Sanksiya siyahısına raket istehsalçısı İslamabadın Milli İnkişaf Kompleksi və raket sistemləri istehsal edən Kəraçidə yerləşən üç özəl şirkət - "Affiliates International", "Akhtar and Sons Private Limited" və "Rockside Enterprise" daxildir.

Pakistan Xarici İşlər Nazirliyi ABŞ-nin sanksiyalarını “qərəzli” və “Cənubi Asiyada sabitliyi və sülhü təhdid edən” adlandırıb:

“ABŞ Pakistana qarşı sanksiyalar tətbiq etməklə, ikili standartlara və nüvə silahının yayılmaması rejiminə xələl gətirən, Cənubi Asiyada hərbi asimmetriyaya gətirib çıxaran, regional və beynəlxalq sülh və təhlükəsizliyə xələl gətirən ikili standartlara və ayrı-seçkilik praktikasına əməl edir”, - deyə departament qeyd edib. 

Türkan İSGƏNDƏRLİ 

Seçilən
8
redaktor.az

1Mənbələr